Xəzər rayonunda birmərtəbəli ev yandı

18:20 26-04-2020 364

Bakının Xəzər rayonunda yanğın hadisəsi olub.

FHN-dən HerGun.Az-a verilən məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli binanın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.