Britaniya XİN-i: Yaxın Şərqdə nüvə silahı – bəşəriyyət üçün ən böyük təhlükədir

07:00 15-07-2019 842

Yaxın Şərqdə yayıla biləcək nüvə silahı bəşəriyyət üçün ən böyük təhlükədir.

Gazeta.ru xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Ceremi Xant deyib.

Onun sözlərinə görə, Yaxın Şərq dünyanın ən qeyri stabil regionudur:

“Əgər qarşı duran tərəflər nüvə silahına malik olsalar bu bəşəriyyət üçün böyük təhlükəyə çevrilə bilər”.

C. Xant İranın nüvə proqramına dair Almaniya və Fransa ilə məsləhətləşmələr apardıqlarını bildirib.