“Ərim məni döyür” demək məşhur aparıcıya baha başa gəldi
Bütün MDB ölkələrində məşhur olan “Orel i Reşka” şousunun aparıcısı Regina Todorenkonun məişət zorakılığı ilə bağlı söylədiyi “Ərim məni döyür” fikri rus mətbuatının manşet xəbərinə çevrilib.
HerGun.Az xəbər verir ki, sosial mediada saysız-hesabsız müzakirələrə yol açan teleaparıcının qalmaqallı çıxışı ona baha başa gəlib.
Belə ki, “PepsiCo” şirkəti aparıcı ilə əməkdaşlıqdan imtina edib.
“Zorakılığa qəti şəkildə qarşıyıq. Şirkətimiz Regina Todorenko ilə əməkdaşlığı dayandırır”, - deyə “PepsiCo”nun telekommunikasiya və rabitə rəhbəri Aleksandr Kostikov açıqlama verib:
“Hələ ki aparıcı ilə bağlanmış müqavilə pozulmayıb, çünki bu, bir müddət çəkəcək. Buna baxmayaraq, Reginanın çəkildiyi brendin “J7” adlı içkisinin reklamı artıq efirdən çıxarılıb”.
Rəşad Əliyev