Göygöldə kişi sirkə turşusundan zəhərlənib

09:09 15-07-2019 483

Göygöldə zəhərlənmə olub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Hacıməlik kənd sakini, 48 yaşlı Rəhim Abdullayev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. R.Abdullayevin hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev