Fırtınaquşları gəmini “ələ keçirdi” - VİDEO

00:00 28-04-2020 530

Yüzlərlə fırtınaquşu gəmini “ələ keçirib”.

BAZA “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyada baş verib.

Bildirilib ki, bu quşlar gecələr uçurlar və ehtimal ki, “Vitus Berinq” gəmisinin işığı onları cəlb edib.

Ancaq gəminin göyərtəsinin döşəməsi düz olduğu üçün ordan yenidən qanadlana bilməyiblər, çünki bu quşlar ancaq qayalardan və sudan uça bilirlər.

Gəmidə yüklənmə işləri getdiyi üçün onların bəziləri əzilib, məhv olublar.

Heyət son çarəni bel ilə onları suya doğru kürüməkdə görüb.