ABŞ sahillərində işıq saçan delfinlər peyda oldu – VİDEO

09:00 28-04-2020 492

ABŞ-ın Nyuport-Biç (Kaliforniya ştatı) şəhərinin sahilində gecə vaxtı işıq saçan delfinlər təsbit edilib.

“The Mirror” xəbər verir ki, məməli heyvanlar suda üzərək mavi və yaşıl rəngli işıltı saçıblar.

Bu qeyri-adi videonu öz “Facebook” səhifəsində ABŞ sakini Patrik Koyn paylaşıb.

Mütəxəssislər bu efekti biolüminessensiya adlandırır. Bəzi canlıların bədənlərində baş verən kimyəvi reaksiyalar belə işıltıya səbəb olur.