Azərbaycanda qızıl bazarı çöküb? - VİDEO

19:40 28-04-2020 487

Nazirlər Kabineti yanında operativ qərargahın qaydalarına görə, karantin rejiminə əsasən bir çox ictimai iaşə müəssisələri, o cümlədən qızıl mağazaları da öz fəaliyyətini dayandırmışdı. Artıq 27 apreldən etibarən bir çox iş yerləri, həmçinin qızıl dükanları da öz iş fəaliyyətini bərpa etdi.

Bəs görəsən qızıl mağzalarında hazırkı vəziyyət necədir? Nəzərə alsaq ki, toy mərasimlərinin keçirilməsi də dayandırılıb və qarşıda Ramazan ayı var. Sahibkarlar bundan sonrakı iş fəaliyyətlərini necə nəzərdə tutublar? Sahibkarların dediklərinə görə, karantin rejimindən əvvəl götürdükləri malı maya dəyərinə satacaqlar.

Baku.Tv əməkdaşlarının çəkiliş apardığı zaman da qızıl mağazalarında demək olar ki, heç bir alıcıya rast gəlinməyib.

Ətraflı videonu təqdim edirik :