Bakıda idarəetməni itirən sürücü qəza törədib – VİDEO

04:40 29-04-2020 431

Bakıda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə şər vaxtı paytaxtın Nobel prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək avtomaşını eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpıb.

Zərbənin təsirindən hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.