Goranboyda velosipeddən yıxılan gənc dünyasını dəyişib – VİDEO

05:40 29-04-2020 525

Azərbaycanın Goranboy rayonunda gənc velosipeddən yıxılaraq dünyasını dəyişib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Borsullu kəndində baş verib.

Kənd sakini Səməd Məmmədov velosiped idarə edərkən, sükana nəzarəti itirərək yıxılıb. Nəticədə о, müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Goranboy Rayon mərkəzi xəstəxanasına çatıdılırıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xılas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.