Rozadan etiraf: “Karantin dövründə ana oldum” - FOTO

11:40 29-04-2020 504

“Yemək bişirməklə aram yaxşıdır. Səhnədən, işdən zaman tapdıqca yemək bişirirdim. Uşaqlarım qarşılarına çeşid-çeşid yeməklər qoyduğumu görəndə söylədilər ki, sən bizi böyütmüsən, amma bilmirdik ki, əsl anasan. İndi gördük ki, sən əsl anasan”.

HerGun.Az xəbər verir ki, bunu müğənni Roza Zərgərli “Xəzər” TV-də yayımlanan “Şən bazar” səhər şousunda deyib. 

“Bu günlərdə özümü restoranın aşpazı kimi hiss edirəm. Sən demə, karantin dövründə ana oldum (gülür). Qızım deyir ki, dünyanın sonudur. Hətta Murat Boz belə evdə oturub, yuxa yayıb”. 

Karantin günlərindən söhbət açan sənətçi bizim məşhurlarla dünya ulduzları arasında heç bir fərqin olmadığını bildirib:

“Sosial mediada bütün məşhurları izləyirəm. Başa düşdüm ki, biz dünya ulduzları ilə eyni gəmidəyik. Onlardan heç bir fərqimiz yoxdur”.

Qeyd edək ki, hazırda evli olan müğənni R.Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır, Corc və Jerar Qafarovlar isə qardaşdırlar.

Rəşad Əliyev