“Fındıklıspor” komandası “Qəbələ”nin loqosundan istifadə edir? - FOTO

16:40 29-04-2020 412

Bəzi iddialara görə, Türkiyənin həvəskar liqasında çıxış edən “Maltəpə Fındıklıspor” futbol komandası Azərbaycan Premyer Liqasının iştirakçısı “Qəbələ”nin loqosundan yararlanır.

HerGun.Az xəbər verir ki, Maltəpə komandasının loqotipi heyrətamiz şəkildə “Qəbələ” klubunun loqosuna oxşayır.

Daha bir maraqlı məqam budur ki, Qəbələ Azərbaycanın fındıq və qoz istehsalı ilə məşğul olan rayonlarımızdan biri kimi tanınır.

Qeyd edək ki, “Qəbələ” klubu 2005-ci ildə yaradılıb. “Maltəpə Fındıklıspor” isə üç il əvvəl qurulub.

Səbuhi Musayev