Özünütəcrid rejimini pozanlarla bağlı son günlərin ən pozitiv VİDEOSU

18:20 29-04-2020 522

Rusiyalı yaşlı cütlüklə bağlı yayılan görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Videonu “BAZA” Telegram kanalı yayımlayıb.

Məlumata görə, kadrlar Kurqan şəhərində qeydə alınıb. Bildirilir ki, gəzməyə çıxan yaşlı cütlük uşaq meydançasının yanından keçəndə özlərini saxlaya bilməyib və əylənməyə başlayıb.

Videoda küçə batutunda tullanan yaşlı qadın və yıxılmaması üçün onun əlindən bərk-bərk tutan əri qeydə alınıb.

“Özünütəcrid rejimin qaydalarını ancaq bu şəkildə pozmaq məqbuldur”, - deyə, videonu yayımlayan kanalda bildirilib.