“Wolt” yemək sifarişi xidməti Bakıda fəaliyyətə başlayır

11:18 15-07-2019 964

Öz işinə görə mükafat qazanan yemək çatdırılması tətbiqi müştərilərə tam yeni təcrübə söz verir.

Finlandiyada yaradılan və yemək sifarişi xidməti olan “Wolt” bu gün öz 16-cı ölkəsi Azərbaycanda rəsmən fəaliyyətə başladı və onlayn yemək sifarişində tam yeni, müştəri yönümlü təcrübə yaratmağı qarşısına məqsəd qoydu. Tətbiqin “App Store”da ortalama qiyməti 4.8/5 ulduzdur.

“Wolt” Bakıda çox populyar 23 restoran ilə işə start verir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir. Siyahıda “Fryday”, “Bella Pizza”, “Sanday”, “Yoshi Sushi”, “Barista&Chef”, “Ajdaha Doner” kimi populyar məkanlar və “Vapiano”, “L’Avenue”, “Paul’s Steakhouse”, “Kasamasa”, “Argentina Steak House”, “PORT Wine & Grill” kimi tanınmış restoranlar var.

“Wolt”un “Apple” tərəfindən mükafatlandırılmış servisi ciddi təlim keçmiş kuryerləri və isidilmiş xüsusi çatdırılma çantaları ilə müştərilərə ən yüksək səviyyəli xidmət təklif edir.

“Wolt”un kuryer partnyorları yeməkləri velosiped, motosiklet və avtomobil ilə çatdırır. Yeməyin hazırlanması ilə birlikdə ortalama çatdırılma vaxtı 30-45 dəqiqə təşkil edəcək. Yeməklər isti qalsın deyə isidilmiş xüsusi çantalarda çatdırılır.

1.5 km-dən qısa məsafələr üçün çatdırılma haqqı 1.50 AZN-dir, 1.5 km-dən artıq məsafədən gələn sifarişlər zamanı isə düz xətt üzrə hər əlavə 500 metr üçün çatdırılma haqqına 0.40 AZN əlavə olunur. “Wolt”un ilkin çatdırılma ərazisi şəhərin mərkəzini, Nəsimi, Yasamal və Nərimanov rayonlarını və Xətai metrosunun ətrafını əhatə edəcək və qıza zamanda şəhərin başqa əraziləri üzrə də çatdırılma imkanları genişləndiriləcək.

“Wolt” şirkətinin ekspansiya üzrə rəhbəri Toni Honkanen deyir ki, “Biz “Wolt” tətbiqini dolma, düşbərə, kabab və plov kimi yeməklərin vətəninə gətirdiyimizə çox şadıq. Bu ana qədər eşitdiyimiz bütün rəylər çox pozitivdir və müştərilərimizi xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik. Qeyd etmək istərdim ki, hazırda “Wolt”a yeni kuryer partnyorların dəvət edilməsi davam edir və işləmək arzusunda olan hər kəs bizə müraciət edə bilər”.

“Wolt” tətbiqindən necə istifadə etmək olar?

1. “Wolt” tətbiqini “iPhone” və ya “Android” üçün yükləyin, ya da ki “Wolt.com” saytından sifariş edin.
2. Sevimli restoranınızı seçin.
3. Sifarişinizi qurun və onun evə çatdırılacağını, özünüzün götürəcəyini və ya restoranda yeyəcəyinizi müəyyənləşdirin.
4. Çatdırılma seçimini etsəniz, siz real vaxtda sifarişin hansı mərhələdə olduğunu görəcəksiniz və hətta onun xəritədə sizə yaxınlaşmasını izləyə biləcəksiniz.
5. Ödəniş avtomatik olaraq sizin kartınızdan tutulur və qəbzlər sizin elektron poçtunuza göndərilir.

Şirkətin Gürcüstanda baş meneceri Natalia Khizanishvili deyir:

“Bakının yemək səhnəsi hər kəs üçün sevdiyi bir yemək təklif edə bilər və inanılmaz restoran seçiminə malikdir. Biz dünya səviyyəli yemək çatdırılması tətbiqini Bakıya gətirərək müştərilərə sürət, keyfiyyət və etibarlılıq sahələrində yeni xidmət səviyyəsi təqdim etmək istəyirik”.

“Wolt” haqqında:

“Wolt”un əsası 2014-cü ildə Helsinki şəhərində qoyulub və bu gün şirkət 450 işçisi ilə 16 ölkədə faəliyyət göstərir. Şirkətin 80 nəfərdən ibarət inkişaf komandası texnoloji platformanı daima təkmilləşdirməyə davam edir. Texnoloji şirkət olmasından əlavə, “Wolt” çox güclü əməliyyat sistemi və fundament qurmağı bacarıb. “Wolt” 54 şəhərdə 5000-dən çox restoran və 10000-dən çox kuryer partnyor ilə əməkdaşlıq edir.

Şirkət qısa zaman əvvəl $160 milyon investisiya aldığını elan edib. İnvestorların arasında “ICONIQ Capital”, “83North”, “Highland Europe”, “EQT Ventures” və “Lifeline Ventures” kimi dünyaca məşhur maliyyə şirkətləri var. “Wolt” son maliyyə yatırımını genişləndirmə və marketinq fəaliyyətinə sərf etməyi planlaşdırır.

Restoranların siyahısı:
1. Fryday
2. Ajdaha Doner
3. Vapiano
4. Barista & Chef
5. Sanday
6. Yoshi Sushi
7. Bella Pizza
8. Fusion Cafe
9. Kebabzade
10. Kasamasa
11. Pizza Mizza
12. Paul’s Steakhouse
13. Manipura
14. L’Avenue
15. Vinyl Cafe
16. Nuga’s Fries
17. Port Wine & Grill
18. Da Massimo
19. Masala Junction
20. The Shrimps
21. Deniz Yildizi
22. Argentina Steakhouse
23. Maharani