Abşeronda 19 yaşlı oğlan itkin düşüb - FOTO

22:00 29-04-2020 459

Abşeron rayonunda gənc oğlan itkin düşüb.

Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küçə 9, ev 22 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Abdıyev Amin Ramin oğlu 25.04.2020 tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

19 yaşlı gənc evdən çıxarkən əynində idman kostyumu, qısaqol köynək və qırmızı rəngli idman ayaqqabısı olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Amin Abdıyevin yaxınlarının müraciəti əsasında təcili və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparır.

Onu tanıyan və görənlərdən hüquq mühafizə orqanlarına və aşağıdakı nömrələrə müraciət etmələri xahiş olunur: (055) 792-06-06 və (070) 618-15-48