Azərbaycana gəlmək istəyən vətəndaşlarımız sərhədə toplaşır - XİN-dən AÇIQLAMA + VİDEO

22:40 29-04-2020 552

Rusiyadan ölkəmizə qayıtmaq istəyən 1400-1500 Azərbaycan vətəndaşı  Dağıstanda sərhəd-buraxılış məntəqəsində çox çətin vəziyyətlə üz-üzə qalıb.

Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərə əsasən, vətəndaşlarımızın müəyyən hissəsi Dağıstandakı həmvətənlərimizin köməyi ilə üç hotelə yerləşdirilib.

Pul qarşılığında avtobuslarda gecələyənlərlə yanaşı, məscidlərə də sığınanlar var.

Daha ətraflı videosüjetdə: