Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO

00:20 30-04-2020 344

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, 1999-cu il təvəllüdlü Əliyev Azad Azər oğlu idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə Koroğlu Rəhimov küçəsilə hərəkətdə olan zaman piyada keçidindən yolu keçən 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Orxan Hüseynzadə