“Hubble” teleskopu “ATLAS” kometinin dağılmasını qeydə aldı – FOTO

05:40 30-04-2020 488

Hal-hazırda astronomlar çox nadir və möhtəşəm hadisəni – “C/2019 Y4 (ATLAS)” kometinin dağılmasını müşahidə edir.

“Science” xəbər verir ki, “Hubble” teleskopunun cari ilin 20-23 aprel tarixlərində qeydə aldığı kadrlarda kometin quyruğunun 30-a yaxın hissəyə dağıldığını görmək olar.

Qeyd etmək lazımdır ki, qeyd edilən fraqmentlərin hər biri hündürmərtəbəli bina boydadır.

“Bu olduqca möhtəşəm və nadir hadisədir. Adətən kometin hissələri çox solğun olduğu üçün görünmürlər. Burda isə hər şeyi aydın görmək olur. Belə hadisələr 10 ildə bir və ya iki dəfə baş verir”, - deyə mütəxəssislər qeyd edir.