Bakıda “Hyundai” qaz borusuna çırpılıb yandı

09:20 30-04-2020 406

Bakının Nərimanov rayonunda “Hyundai” markalı minik maşını yol kənarındakı qaz borusuna çırpılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qəza nəticəsində avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.