Bakıda mənzildən iki min manatlıq oğurluq edildi

09:40 30-04-2020 367

Bakıda mənzildən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə qeydə alınıb.

Bakı şəhər sakininə məxsus mənzildən 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və 300 manat dəyərində iki qol saatı oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.