Top model şəxsi markası üçün alt geyimdə ehtiraslı şəkillər çəkdi - FOTO

23:40 30-04-2020 509

Amerikalı məşhur top model Emili Ratakovski şəxsi alt geyim markası üçün açıq-saçıq şəkillər çəkdirib. 

HerGun.Az xəbər verir ki, zoğalı və narıcının al-əlvan rəng tonlarında hazırlanan üzəri həndəsi fiqurlu printlərlə bəzədilən alt geyimlərini Emili elə özü reklam edib.

Fit və ideal bədən quruluşu ilə həmkar modellərə gözdağı verən Ratakovski biri-birindən seksual və ehtiraslı reklam fotolarını 26 milyonluq sosial media hesabında paylaşıb.

28 yaşlı Emilinin kişi izləyiciləri Ratakovskinin yeni fotolarına heyran qaldıqlarını yazıblar.

Rəşad Əliyev