“OPEK+”un neft hasilatının azaldılması barədə yeni qərarı qüvvəyə mindi

02:20 01-05-2020 538

Mayın birindən etibarən “OPEK+”a daxil olan ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanın şərtlərini icra etməyə başlayır.

“TASS” xəbər verir ki, anlaşmaya əsasən, may-iyun aylarında quruma daxil olan ölkələr neftin gündəlik hasılatını 9,7 milyon barrelə endirməlidirlər.

İyundan dekabrın sonunadək bu göstərici 7,7 milyon barrelə bərabər olmalıdır.

2021-ci ilin əvvəlindən 2022-ci ilin may ayınadək isə gündəlik neft hasilatı 5,8 milyon barrelədək endirilməlidir.

Xatırladaq ki, müvafiq anlaşmanı quruma üzv olan ölkələr cari ilin aprelin 12-i imzalayıb.