Oğuzda iki avtomobil toqquşdu: xəsarət alanlar var

12:09 15-07-2019 1023

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kərimli kəndi ərazisində “Mercedes” və “VAZ-2109” markalı iki avtomobil toqquşub.

Nəticədə, “Jiquli”də olan iki nəfər - Kərimli kənd sakinləri 43 yaşlı Elman Feyzullayev və 59 yaşlı Polad adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.