Bu gün “Evdə qalmayanlar” üçün kino festivalı başlayır

13:40 01-05-2020 146

Bu gün 15-ci Beynəlxalq Fəhlə Filmləri Festivalı (İFF) başlayır.

“HaberGlobal” məlumat verir ki, “Evdə qalmayanlar” adlı festival mayın 7-nə qədər davam edəcək.

İlk dəfə olaraq onlayn təşkil edilən festivalı “YouTube” platformasından izləmək mümkün olacaq.

Bu axşam təqdim olunacaq Fatih Pınarın “Qəza deyil, cinayət” filmi koronavirusa rəğmən işləmək məcburiyyətində qalanlara həsr edilir.

Festivalda 43 film tamaşaçılara təqdim ediləcək.