Azərbaycanda iki banka verilmiş şəhadətnamə ləğv edildi

15:00 01-05-2020 576

“Atabank” ASC və “AmrahBank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq Fonda üzv olan “Atabank” ASC və “Amrahbank” ASC bu gün Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.