“Matrisa”nın ulduzunu avtomobil vurdu - FOTO

08:40 02-05-2020 557

Amerikalı aktyor Cozef Piter (Co Pantoliano) ABŞ-ın Konnektikut ştatında baş vermiş yol-nəqliyyat hadisəsindən sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə TMZ məlumat verir.

Həyat yoldaşı Nensi bildirib ki, onlar yolu keçərkən artisti  maşın vurub. Onun sözlərinə əsasən, zərbə Pantolianonu bir neçə metr kənara atıb və o, ağac hasara çırpılıb. Aktyor başın, sol ayağın və çiyinin travmaları diaqnozu ilə təcili yardım avtomobilində xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Pantoliano daha çox mənfi rolları ilə yadda qalıb. O, “Matrisa”da  satqın Sayferi canlandırıb, “Soprano Klanı” serialının tamaşaçılarının yadında isə o, Ralf Sifaretto rolu ilə qalıb. Bu roluna görə, o, “Emmi” mükafatına layiq görülüb.