“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO

04:00 03-05-2020 517

“Taxtların Oyunları” serialında Qreqor Kliqan (Dağ) rolu ilə tanınan islandiyalı pauerlifter və aktyor Haftor Byernsson “Deadlift” üzrə dünya rekordunu qırıb.

Atletin rekord yanaşması “Rouge Fitness” “Youtube” kanalında yerləşdirilib.

Byernsson 501 kq ağırlığında ştanq qaldırıb. Öncəki rekord isə 500 kq nəticə ilə Eddi Houla məxsusdur.

Koronavirusla əlaqədar yaranmış vəziyyətə görə idmançı rekordu rəsmi yarışlarda deyil, özünün İslandiyadakı idman zalında qırmalı olub.

Xatırladaq ki, Byernsson planetin ən güclü insanı adı uğrunda keçirilən yarışların dəfələrlə mükafatçısı olub. 2019-cu ildə idmançı 474 kq ağırlığında çəki qaldırıb. 

Boyu 206 sm olan 31 yaşlı aktyor “Taxtların Oyunları”nda 2014-cü ildən 2019-cu ilə qədər çəkilib.