Futbol üzrə İngiltərə çempionatı Avstraliyada başa çatdırıla bilər

07:20 03-05-2020 454

Futbol üzrə İngiltərə çempionatının rəhbərliyinə mövsümün pandemiyaya görə müvəqqəti dayandırılmış matçlarının Avstraliyada oynanılıb başa çatdırılmağı təklif edilib.

Bu barədə “The Sun” nəşri yazır.

Qeyd edək ki, İngiltərə çempionatı martın 13-də dayandırılıb. Bu səbəbdən də yarışın qalan 92 oyunu qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla bağlı olaraq, ötən cümə günü liqanın klubları müşavirə keçirərək, hökumət icazə verdiyi təqdirdə, çempionatı oynayıb qurtarmaqla bağlı razılığa gəliblər. 

“Sun” bildirir ki, futbol agenti Heri Vilson müşavirədə İngiltərə Premyer Liqasının rəhbərliyinə çempionatın qalan matçlarını Avstraliyanın Pert şəhərində keçirməyi təklif edib. Belə ki, yerli senatorun sözlərinə görə, şəhər pandemiyadan az zərər çəkib və hazırda “Yer kürəsində ən təhlükəsiz məkandır”.

Premyer Liqanın bir neçə klubunun artıq təkliflə maraqlandığı bildirilir.