ƏDV-ni geri al: Yeni portal yaradıldı - VİDEO

16:00 03-05-2020 603

Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Müştəri ƏDV-ni geri ala bilmək üçün əvvəlcə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. Bundan sonra əməliyyatları həyata keçirə bilərsiniz.

Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq. Sizə geri qaytarılacaq pulu asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz.

Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına köçürmə yolu ilə qaytarır.

Qeyd edək ki, çekləri BirBank ilə də oxutmaq mümkündür.