Britaniyada özünü yaxşı aparan dustaqlara jest ediləcək

14:18 15-07-2019 991

Böyük Britaniya hakimiyyəti məhbusları yaxşı davranışa görə həvəsləndirmək qərarına gəlib.

“The Guardian” bu barədə ölkənin Ədliyyə Nazirliyinin sənədinə istinadən məlumat verir.

Qeyd edilir ki, həbsxanaların rəhbərlikləri həvəsləndirmə çərçivəsində məhbuslara qaldıqları kameraların açarlarını verəcək. Bununla da dustaqlar kameraların hüdudlarından kənarda daha çox vaxt keçirə biləcəklər.

Bundan başqa, özünü ləyaqətli şəkildə aparan məhbuslar yaxınları ilə daha uzunmüddətli görüşlərə, eləcə də, mütəmadi olaraq idman zallarına getməyə və duş qəbul etmək üçün vaxt seçməyə ümid edə bilərlər.

Bəzi dustaqlar isə öz kameralarının qapılarını istədikləri vaxt bağlamaq hüququ əldə edəcəklər.