AzTV-nin bədii rəhbəri Xalq artistini tənqid etdi: “Tünzalə qatıldığı tədbirlərdə hər şeyi diktə edir” - VİDEO

11:20 04-05-2020 693

“MTV Azərbaycan” telekanalında yayımlanan “Söhbətsiz” proqramında qonaq olan AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev Xalq artisti Tünzalə Ağayevanı tənqid edib.

HerGun.Az xəbər verir ki, verilişin aparıcısı Samir Bayramlının “Hansı müğənnilərin şıltaqlıqları sizi qıcıqlandırır?” sualına R.Musayevin cavabı belə olub:

“Dost bildiyim müğənnilərin hamısının şıltaqlığı var. Məsələn, Tünzalə Ağayeva. O, qatıldığı tədbirlərdə və ya konsertlərdə hər şeyi diktə etmək istəyir. Söyləyir ki, bunu belə görürəm, belə edək. Anlayışla qarşılayıb, başa salırıq ki, siz bu tədbirdə yalnız müğənnisiniz, həmin məsələləri həll edən rejissor var.

Mən demirəm ki, səhnəyə çıxıb mahnı oxuyum. Mənim də işim rejissorluqdur. Biz artıq səhnəni belə qurmuşuq. Bu, dəyişə bilməz. Tünzalə gəlib öz istədiyini diktə edəndə, mən işləyə bilmirəm. Digər tərəfdən də, Tünzaləni başa düşmək lazımdır. Neyləsin, illərdir tədbirlərə gedir, orada isə rejissor olmur. Rejissor olanda da işini tam yerinə yetirə bilmir. Bunları gördüyü üçün Tünzalənin gözü qorxub. Qınamalı da deyil”.

Rəşad Əliyev