Zamiq Hüseynov: “On yaşından çöllərdə böyümüşəm” - VİDEO

13:40 04-05-2020 549

“10 yaşımdan sonra ev görməmişəm, çöllərdə böyümüşəm. Evə yalnız yatmağa gələrdim. Nə atam, nə də anam mənə söz deyərdi. Ətrafımda pis də, yaxşı da olub. Pis yola qulluq edənlər də olub. Yaşadığım o məqamları görə-görə bu yaşa çatmışam. Bu günləri, hər şeyi həyata borcluyam. Çünki həyat mənə hər şey öyrədib”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov Xəzər TV-də yayımlanan “Ay Zaur” gecə şousunda keşməkeşli və ağır həyatından bəhs edərkən danışıb.

Verilişin aparıcısı Zaur Kamal “Söylədin ki, çoxlu sənət dostların var. Həmkarlarından birinə zəng edək, görək dəstəyi qaldıracaqlar?” sualı ilə Zamiqə müraciət edib.

Sənətçi aparıcının iynəli sualına, “Abbas Bağırova zəng vur. O dəstəyi qaldıracaq” deyə iddialı cavab verib.

Zaur Abbasla telefonda xoş-beş etdikdən sonra Zamiqlə birgə çəkilişdə olduğunu söyləyib. Bağırov isə bu ərəfələrdə barışdığı Hüseynovun adını eşidər-eşitməz onunla danışmaq istəyib.

İkilinin səmimi söhbəti aparıcının diqqətindən qaçmayıb. Zaurun “Çalışın bir daha küsülü olmayın” fikrinə Abbas “Həmişə yaxşıların hörmətini saxla. Zaur, çalış səndən heç kim küsməsin” deyərək dəstəyi asıb.

Rəşad Əliyev