İnanılmaz kadrlar: Velosipedlə gələn meymun uşağı oğurlamağa çalışdı - VİDEO

18:40 04-05-2020 32

Velosipedlə sürətlə hərəkət edən, sonra isə balaca qız uşağını oğurlamağa çalışan meymunun sosial şəbəkələrdə yayımlanan görüntüləri hər kəsi heyrətə gətirib.

NDTV-nin məlumatına görə, hadisənin görüntülərini amerikalı basketbolçu Reks Çempen özünün “Twitter” hesabından paylaşıb.

Kadrlardan meymunun skamyadan balaca qızı götürərək yerlə sürüyə-sürüyə özü ilə apardığı görünür. Yalnız kənardan gələn bir kişinin hay-küyü sayəsində heyvan uşağı buraxıb.

“Sonuncu dəfə velosipedlə hərəkət edən meymunun nə zaman balaca uşağı qaçırmağa çalışmasını gördüyümü xatırlaya bilmirəm. Yəqin əsrlər öncə olub”, - deyə R.Çempen paylaşdığı videonun şərh yerinə yazıb.