Dördqat dünya çempionu Van Damın məşhur hərəkətini təkrarladı - VİDEO

19:00 04-05-2020 613

Qarışıq döyüş növləri üzrə turnirlərin iştirakçısı, muay-tay idman növü üzrə dördqat dünya çempionu Alen Nqalani Hollivud aktyoru Jan-Klod Van Dammın məşhur hərəkətini təkrarlayıb.

REN TV xəbər verir ki, idmançı məşhur idman hərəkətini öz “Instagram” səhifəsində nümayiş etdirib.

İdmançı stulların üzərində “şpaqat” açmaqla pərəstişkarlarını təəccübləndirib.

A.Nqalani videoya “ən əsası özünə inamdır” şərhini yazıb.

Qeyd edək ki, məşhur hərəkət ilk dəfə Jan-Klod Van Damm tərəfindən “Volvo” yük avtomobillərinin yola nəzarətdə sabitliyinin  reklam çəkilişləri zamanı həyata keçirilib.