ABŞ-da nadir təbiət hadisəsi qeydə alındı – VİDEO

06:20 05-05-2020 32

ABŞ-ın Aydaho və Oklahoma ştatlarında qeyri-adi və nadir təbiət hadisəsi baş verib.

“Daily Mail” xəbər verir ki, yerli fotoqraf Ceyk Heytman göyqurşağı zamanı ildırım çaxmasını lentə alıb.

Videokadrlarda alatoran vaxtı peyda olan göyqurşağının ildırım çaxması ilə sanki ikiyə bölündüyünü görmək olar.

“Mən həyatımda ilk dəfədir ki belə şey görürəm. İldırımlı göyqurşağı möhtəşəm bir görüntüdür!”, - deyə Heytman vurğulayıb.