İlk dəfə getdiyi toydan 100 dollar qonorar aldığını açıqlayan Şəbnəm canlı efirdə ağladı - FOTO

11:20 05-05-2020 507

“Demirəm ki, çox gözələm. Amma görünüşüm ürəyimcədir”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında yayımlanan “7 canlı” axşam şousunda deyib.

Müğənni ilk dəfə qatıldığı toydan aldığı qanorarın miqdarını açıqlayıb:

“Məni toya ilk dəfə Əflatun Qubadlı aparıb. Həmin məclisdə cəmi üç mahnı oxudum. Amma gözlədiyimdən qat-qat artıq qonorar aldım - 100 dollar pul verdilər. 2006-ci ildə 100 dollar kifayət qədər böyük pul idi.

O zamanlar şou proqramlara da gedirdim. Qatıldığım verilişlərə Nadir Qafarzadə, Faiq Ağayev gəlirdi. Onlara baxıb fikirləşirdim ki, görəsən, nə vaxtsa mən də onlar kimi belə tələbat duyulan və məşhur olacağam?”

Şəbnəm ifaçılıq qabiliyyətindən də danışıb: 

“Peşəkar və öz sözünü deyən sənətkarların tövsiyələrinə qulaq asıram, amma ürəyimi də dinləyirəm. Öz fikrimdə qaldığımdan, heç zaman yanılmamışam. Mən sinədən oxuyuram, boğazdan yox”.

Şounun aparıcısı Vüsalə Əlizadə proqramın gedişatında verilişə gələn məktubu açaraq, bir ananın övladına yazdığı şeiri səsləndirib. Bununla o, həm özünü, həm də müğənni Şəbnəmi kövrədib.

Göz yaşlarına hakim ola biləməyən müğənni “Bu şeir tam mənim həyatımdır, anamın gündəliyində də var. Mən yaş yarımlıq olanda anamı itirmişəm. Həmin gündəliyi atam verib mənə”.

Vüsalə bu şeirin müəllifinin Ş.Tovuzlunun pərəştişkarı olduğunu söyləyib. Müğənni həmin sözlərdən sonra bu xanımla daha yaxından tanış olmaq istədiyini bildirib. 

Rəşad Əliyev