Bakıda 10 000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub

12:00 05-05-2020 571

Bakının Binəqədi rayonunun 6-cı Polis Bölməsinin əməkdaşları mayın 3-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saxlanılan şəxs əvvəllər oğurluqda ittiham olunan İmişli rayon sakini, 1983-cü il təvəllüdlü Şahmar Qaşımovdur. 1981-ci il təvəllüdlü Biləcəri qəsəbə sakini Samirə Dəmirovanın evindən qızıl-zinət əşyalarının 2019-cu ilin avqust ayında oğurlandığı məlum olub. Bu hadisənin Ş.Həşimovun həmin dövrdə onun evində usta işlədiyi zaman törətdiyi müəyyən edilib.

Ş.Həşimov törətdiyi əməli etiraf edib. İstintaq əməliyyat qrupları oğurlanmış zərgərlik əşyalarının bir hissəsini dəlil olaraq ələ keçiriblər. Oğurlanmış qızılın qalan hissəsi hələ tapılmayb.

Hazırda Ş.Həşimov barəsində istintaq tədbirləri görülür.         

Ramella İbrahimxəlilova