Teymur Rəcəbovun komandası onlayn keçirilən Millətlər Kubokunda ilk qələbəsini qazandı

00:00 06-05-2020 407

Şahmat üzrə onlayn Millətlər Kubokunda mübarizə aparan qrossmeysterimiz Teymur Rəcəbovun da yer aldığı dünya yığması ilk qələbəsini əldə edib. 

Chess.com-un məlumatına görə, Hindistan yığması ilə mübarizə aparan dünya komandası rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Bu görüş ikinci raund çərçivəsində keçirilib.

Teymur Rəcəbov Vişvanatan Anand, FIDE təmsilçisi Əlirza Firuzca Pentala Harikrişna, ukraynalı Mariya Muzıçuk Hampi Koneru ilə heç-heçə ediblər. Perulu Xorxe Korinin Başkaran Adhibanı məğlub etməsi komandaya qələbə xalı gətirib.

Xatırladaq ki, altı komandanın iştirak etdiyi yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.