“Real”ın sabiq vitse-prezidenti koronovirusdan ölüb

01:00 06-05-2020 34

Madridin "Real"  klubunun keçmiş vitse-prezidenti Amador Suares koronavirusdan ölüb.

Bu barədə futbol klubunun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı sabiq vitse-prezident 40 gün koronavirusla mübarizə apara bilib.

Suares 2007-2009-cu illərdə "Real"da vitse-prezident kimi çalışıb.