Meksikada insanlara koronavirusdan ölməyi qadağan etdilər
03:40 06-05-2020 467
Meksikanın Sokonusko bələdiyyəsinin (Verakrus ştatı) icra başçısı Rolando Rolas yerli sakinlərə koronavirusdan ölməyi qadağan edib.
“Televisa” kanalı xəbər verir ki, müvafiq “qadağa” şəhərin mərkəzində yerləşdirilib.
Mətndə “Bələdiyyənin tapşırığına əsasən Sokonuskoda koronavirusdan ölmək qəti qadağandır” yazısını görmək olar.
Yeri gəlmişkən, 5,2 min nəfər əhaliyə sahib olan şəhərdə koronavirusa yoluxma halı təsbit edilməyib.