Bir sıra ingilis klubu Timo Vernerə maraq göstərir

04:00 06-05-2020 522

Almaniyanın “RB Leypsiq” klubunun hücumçusu Timo Verner İngiltərə Premyer Liqasına keçmək niyyətindədir.

“Bild” xəbər verir ki, “Liverpul” klubu ilə birgə “Çelsi” və “Mançester Yunayted” oyunçuya maraq göstərir.

Qeyd etmək lazımdır ki, hər üç klub artıq futbolçunun agenti Karl-Hayns Fersterlə əlaqə saxlayıb.

Hücumçunun özü isə Yurgen Klopp səbəbindən Mersisayd klubuna keçmək istəyir.