ABŞ-da 1,2 milyondan çox insan koronavirusa yoluxub

06:40 06-05-2020 316

Bu günədək Birləşmiş Ştatlarda 1 201 337 koronavirusa yoluxma halı qeydə alınıb.

“Gazeta.ru” xəbər verir ki, 70,8 min nəfər xəstəliyin qurbanı olub, 190 min insan isə ondan sağalıb.

ABŞ höküməti bu yüksək göstəriciləri əhali arasında fəal şəkildə koronavirus testi aparılması ilə bağlayır.