İlon Mask yeni doğulmuş oğlunun şəkillərini paylaşdı – FOTO

08:40 06-05-2020 524

İlon Mask mayın 4-ü doğulan sayca altıncı uşağının şəkillərini paylaşıb.

“Metro” xəbər verir ki, “Tesla” və “Space X” şirkətlərinin 48 yaşlı təsisçisi şəkillərin birində xüsusi filtrlər vasitəsi ilə körpənin üzünü rəqəmlərlə gizlətməyə çalışıb.

Uşağın anası müğənni Qrayms qeyd edib ki, uşaq cinsini gələcəkdə özü seçəcək. O zamandək valideynləri uşağa “onlar” deyə müraciət edəcək.

Yeri gəlmişkən, İlon Mask uşağa “X Æ A-12” adı verildiyini bildirib.

Maskın ilk həyat yoldaşından əkiz və üçüz oğulları var.