Aydandan sevgilisi İbrahimə eşq dolu etiraf: “Ad günün mübarək “Ailəm” - FOTO
“Varlığınla sənin və mənim ad günlərimizdən əlavə, həyatımda yeni və vacib bir doğum günü yarandı: sevgimizin, “biz” anlayışının ad günü...
İtirilmiş inamın, gələcəyin, planların, həyatın mənasının, ümumi məqsədlərin doğulması - doğuş yeni bir dünyadır. Onların sayı o qədər çoxdur ki, hər günün eyni harmoniya və sevgi ilə birlikdə qeyd olunmasını arzu edirəm”.
HerGun.Az xəbər verir ki, bu sözləri məşhur aktrisa Aydan Axundova “Instagram” hesabında aktyor sevgilisi İbrahim Çingizlə şəkilini paylaşarkən yazıb.
Aydan sevgilisi Çingizi doğum günü münasibəti ilə təbrik edərək, sevgi etiraflarını dilə gətirib:
“Heç bir dəyişiklik tələb etmədən məni dəyişdin. Qəyyum mələyim oldun. Məni elə bir qayğı ilə əhatə etdin ki, hər gün özümə aşiq olmağa başladım.
Əsas odur ki, həmişə sağlam ol, məni sevməyə davam et və sevgilim kimi qal! Qalan şeylərə özüm qayğı göstərəcəyəm. Ad günün mübarək “Ailəm”!
Aydanın sevgi dolu doğum təbrikinə Çingiz cavab olaraq bu sözləri yazıb:
“Ailəm! Bu gün üçün ən yaxşı hədiyyəm sənsən! Hər zaman birlikdə bütün çətinliklərdən keçməyim üçün dəstəyinə görə təşəkkür edirəm. Səni çox sevirəm”.
Rəşad Əliyev