İran Əfqanıstana 10 min tibbi maska bağışladı

16:40 06-05-2020 385

İran koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Əfqanıstana 10 min tibbi maska göndərib.

Bu haqda IRNA agentliyi məlumat yayıb.

İranın qonşu ölkədəki konsulluğundan verilən məlumata əsasən, tibbi maskalar Əfqanıstanın Herat vilayətinin səhiyyə idarəsinə təhvil verilib.

Ötən həftə isə İran Əfqənistana COVID-19 virusunun diaqnostikası və müalicəsi üçün zəruri 5 000 laborator test göndərib.

Qeyd edək ki, Əfqanıstanda 3 392 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 168 xəstə virusun qurbanı olub.