Alişandan romantik paylaşım – FOTO

20:40 06-05-2020 491

Türkiyənin tanınmış müğənnisi Alişan Busə Varolla evliliklərinin ikinci ildönümü münasibətilə paylaşım edib.

HerGun.Az xəbər verir ki, sevilən müğənni toy günlərindən bir fotonu “Instagram” hesabında paylaşıb.

“Xəyallarıma qovuşduğum, sevdiyimi aldığım, ailə qurduğum, evləndiyim gün bü gündür... Evlənəndə söz verdiyim kimi, xəstəlikdə, sağlıqda - bir ömür boyu, inşallah, sən və mən. Səni çox sevirəm, xanımım... Burak sənin kimi bir anaya, mən də sənin kimi bir həyat yoldaşına sahib olduğumuz üçün çox şanslıyıq... Birlikdə, sağlıqla, xoşbəxtliklə çoxalaraq neçə gözəl illərimiz olsun, inşallah”, - Alişan romantik paylaşımını bu sözlərlə müşayiət edib.