Türkiyədə koronavirusa yoluxanların sayı 130 mini ötdü

21:20 06-05-2020 411

Türkiyədə son sutka ərzində daha 64 koronavirusdan ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib. 

Bununla da, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb. Koronavirusa yoluxanların ümumi sayı isə 131 744-ə yüksəlib.

Bu günə qədər Türkiyədə 78 202 nəfər bu virusdan sağalaraq evə buraxılıb.