AMEA-nın mətbuat katibinin oğlu qəzaya düşüb öldü - FOTO

23:40 06-05-2020 344

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürova ağır itki üz verib.

A.Şükürovun oğlu avtoqəza nəticəsində vəfa edib. Bu barədə A.Şükürovun yaxın dostu Vüqar Əhməd məlumat verib. O, sosial şəbəkədə yazıb:

"AMEA-nın icitimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, yaxın dostum Ağahüseyn Şükürovun böyük oğlu bu gün səhər avtomobil qəzasında həlak olub. Çox üzüldüm, çox ağladım. Allah heç düşmənə də bala dərdi göstərməsin. Allah rəhmət eləsin. Mərhum bu gün Masallıda doğma kəndlərində dəfn olunub".