Xırdalanda 36 yaşlı qadın döyüldü

02:00 07-05-2020 336

Abşeronda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Nəbiyeva Xəyalə Şahin qızı tanıdığı şəxs tərəfindən döyülüb.

X.Nəbiyeva təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burnun sınığı diaqnozu qoyulub.