Arı ailələrinin yenilənməsinə başlanılıb - VİDEO

07:00 07-05-2020 488

Astarada hazırda arıçılar ilin məhsulu üçün arıxanalara baxış keçirirlər. Qış çox sərt keçmədiyindən arıxanalarda demək olar tələfat qeydə alınmayıb. Bu da o deməkdir ki, bu il arıçılar ötən ilkinə nisbətən daha çox bal tədarük edəcəklər. 

Rayonda arı ailələrinin sayı 28 mindən çoxdur və həvəskar arıçılarla birlikdə 1500 nəfər arıçı var. Keyfiyyətli və bol məhsulun təməli ilk növbədə arıxanalara və arılara düzgün qulluqdan başlayır. Arı ailələri yeniləndikdən sonra həm dağa, həm də aran bölgəsinə köçürüləcək. 

Ötən il orta hesabla hər arı ailəsindən 18-20 kq bal götürülməklə Astarada 500 tona yaxın bal tədarük edilib. Bu mövsüm ilk balın süzümü hava şəraitindən asılı olaraq mayın sonu, iyunun əvvəllərində aparılacaq.

Ətraflı Baku.Tv-nin hazırladığı süjeti təqdim edirik: