Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

09:00 07-05-2020 359

Koronavirusa qalib gələn ilk ölkə məlum olub. Bu, faktiki olaraq virusu aradan qaldırmış İslandiyadır

RİA “Novosti” xəbər verir ki, bu barədə İslandiya hökuməti rəsmi məlumat yayıb. 

Məlumatda bildirilir ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

İndiyə qədər ölkədə koronavirusdan cəmi on nəfər vəfat edib. Hazırda İslandiyada cəmi 39 yoluxma faktı var ki, onlardan da yalnız üçü xəstəxanada müalicə alır. 

Bununla da İslandiyada koronavirusa görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlanıb.